2025-ci ildə interyer dizaynında sakitləşdirici və təbii rəng palitraları ön plandadır. Dizaynerlər xüsusilə torpaq tonları, zeytun yaşılı, açıq mavi, bej, və yumşaq şaftalı çalarlarını məsləhət görürlər. Bu rənglər həm evdə rahatlıq hissi yaradır, həm də müasir minimalizmlə harmoniyada olur.
Əgər interyerinizə yenilik qatmaq istəyirsinizsə, tekstil məhsullarınızda bu trend rəngləri seçə bilərsiniz. Pərdələr, yastıq üzlükləri, masa örtükləri – kiçik toxunuşlarla böyük dəyişikliklər yaratmaq mümkündür.